SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Naxçıvan, 20 may, AZƏRTAC

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı, təhsil sistemi, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq təhlükəsizliyi sahəsində görülən işləri diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələrin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Ordubad rayonundakı Azadkənddə içməli su təminatının yaxşılaşdırılması layihəsini əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Ali Məclisin Sədri ali təhsil müəssisələri arasında əlaqələrin qurulması üçün geniş imkanların olduğunu vurğulayıb, Tokio Yay Olimpiya Oyunlarında muxtar respublika idmançısının iştirak edəcəyini xatırladıb.

Səmimi qəbula görə minnətdarlıq edən Vada Cüniçi Azərbaycan-Yaponiya əlaqələrindən və Naxçıvan səfərinin əhəmiyyətindən danışıb. Muxtar respublikanın inkişafına və şəhərin gözəlliyinə heyran qaldığını qeyd edən səfir ölkəsində Naxçıvanın turizm potensialından və burada gördüklərindən bəhs edəcəyini bildirib, əlaqələrin inkişafında səylərin artırılacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.