ELM VƏ TƏHSİL


179 nömrəli tam orta məktəbdə “Son zəng” sevinci

Bakı, 14 iyun, AZƏRTAC

Bakı şəhəri 179 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru Bayaz Novruzova məzunları təbrik edib və təhsil müəssisəsinin uğurlarından danışıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilə olan dövlət qayğısını vurğulayıb və yeni məktəblərin istifadəyə verilməsinin yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını bildirib.

Nazir müavini təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu deyib və 2018-2019-cu tədris ilinin uğurlarından danışıb. O, “Son zəng” münasibətilə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.