İDMAN
17 SENTYABR
1918-ci il. Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizlədikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin “Bakı Kommunası”nın və eser-menşevik-daşnak “Sentrokaspi” hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
|
|
1988-ci il. Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndində erməni dəstələrinin azərbaycanlı əhalinin evlərinə kütləvi basqınları başlayıb. Şəhərin azərbaycanlı məhəlləsində onlarla ev yandırılıb, partlayış və qırğıınlar törədilib. Sentyabrın 21-də SSRİ rəhbərliyi Xankəndidə xüsusi vəziyyət elan edib, lakin bu müddətədək yüzlərlə azərbaycanlı ailə öz ev-eşiyindən didərgin düşüb.
|
|
1922-ci il. Berlində “Alqambra” Kino Sarayında dünyada ilk dəfə səsli film nümayiş olunub. Plyonkaya yazılmış film optik-elektron aparatların köməyilə təqdim edilib. Holland yazıçısı German Geyermansın “Araqızışdıran” pyesini “Tri Ergon” şirkətini təşkil edən alman elektrik mühəndisləri Yozef Enql, Hans Foqt və Yozef Massol ekranlaşdırıblar. Lakin səsli filmlərin çəkilməsi əsasən 1930-cu ildən başlanıb. |