SİYASƏT
17 saylı Yasamal üçüncü seçki dairəsinin 10 məntəqəsində səsvermənin gedişi canlı yayımlanır
Bakı, 26 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC
Sentyabrın 26-da 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) şəffaf şəraitdə keçirilir.
Dairə seçki komissiyasının sədri Qədir Kərimov AZƏRTAC-a bildirib ki, dairə seçki komissiyasının tərkibində 28 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Qeyd olunub ki, dairənin 10 məntəqəsində quraşdırılmış veb-kameralar səsvermənin gedişini canlı izləməyə imkan yaradır. Bütün məntəqələrdə səsvermə üçün yüksək şərait təmin olunub.
Dairə üzrə ümumilikdə 30 min 447 seçici qeydə alınıb ki, bunlardan 68 nəfəri ilk dəfə səs verənlərdir. Xaricdə fəaliyyət göstərən 26 məntəqədə isə 11 min 577 seçici qeydə alınıb.
Seçkilərin gedişini yerli və xarici müşahidəçilər izləyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]