SİYASƏT
17 saylı Yasamal üçüncü seçki dairəsinin məntəqələrində səsvermə qanunvericiliyə uyğun keçirilir
Bakı, 23 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Dekabrın 23-də səhər saat 8:00-dan etibarən 17 saylı Yasamal üçüncü dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrində də səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada başlayıb.
Dairə seçki komissiyasının sədri Qədir Kərimov AZƏRTAC-a bildirib ki, seçki dairəsi üzrə 31 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin rahat, maneəsiz seçki məntəqələrinə gəlib səs vermələri üçün hər cür şərait yaradılıb.
Bildirilib ki, hazırda seçki dairəsi üzrə 40 min 536 seçici var. Onların 45 faizini kişilər, 55 faizini qadınlar təşkil edir. Seçicilərin 42 faizi gənclər, 1-2 faizi isə 80–100 yaş arası insanlardır. Ən yaşlı seçicimizin (26 saylı seçki məntəqəsi) 101 yaşı var. İlk dəfə səs verəcək seçicilərin sayı isə 300 nəfərdir.
Qeyd edilib ki, dairə seçki komissiyası tərəfindən bələdiyyə üzvlüyünə 62 namizəd qeydə alınıb. On seçki məntəqəsində veb-kameralar quraşdırılıb.