SİYASƏT


Azərbaycan Ordusunda yüngül atletika və gimnastika yarışları keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq, Azərbaycan Ordusunda yüngül atletika və gimnastika yarışları keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən polkovnik Sadiq Paşayev Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsinə daim diqqət yetirdiyini, yarışların keçirilməsində əsas məqsədin hərbi hissələrdə atletikanın daha da inkişaf etdirilməsinə yönəldiyini qeyd edib və idmançılara uğurlar arzulayıb.

Bildirilib ki, hərbi idmançılar döyüş hazırlığında göstərdikləri çevikliyi və peşəkarlığı ilə təkcə Azərbaycan Ordusunda keçirilən yarışlarda deyil, beynəlxalq yarışlarda da yüksək nailiyyətlər əldə edirlər.

On iki komandanın heyətində ümumilikdə 214 hərbi idmançının iştirak etdiyi yarışların yekununda qalib komanda və idmançılara kubok, medal və diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.