DÜNYA


Əfqanıstan paytaxtında iki partlayış törədilib

Bakı, 12 iyun, AZƏRTAC

Bu gün Əfqanıstanın paytaxtı Kabildə bir-birinin ardınca iki partlayış törədilib.

AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, partlayışlar nəticəsində azı beş nəfər ölüb.

Partlayışların paytaxtın müxtəlif rayonlarında yarım saat fərqlə baş verdiyi bildirilir. Qeyd edilir ki, hədəf vətəndaşları daşıyan iki mikroavtobus olub. Avtobuslardan biri xəstəxananın yaxınlığında partlayıb.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, hadisə qurbanlarının sayı arta bilər. Hələlik partlayışların məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.