İDMAN


Bu gün futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək

Bakı, 14 iyun, Nicat Məmmədov AZƏRTAC

İyunun 14-də futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək.

AZƏRTAC xəbər verir ki, qarşılaşmaların biri D, ikisi isə E qrupunda baş tutacaq.

Günün ilk matçı D qrupunda Şotlandiya və Çexiya yığmaları arasında olacaq. Qlazqodakı “Hampden Park” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı almaniyalı Daniel Siebert idarə edəcək. Bu qrupun ötən gün keçirilən görüşündə İngiltərə Xorvatiyanı minimal hesabla üstələyib - 1:0.

E qrupunda üçqat Avropa çempionu İspaniya İsveçlə üz-üzə gələcək. “Avro-2020” öncəsi ispanların heyətində Dieqo Lorente və Serxio Busketsin koronavirus testi müsbət çıxıb. Sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi qarşılaşma Sevilya şəhərindəki “Estadio La Cartuja” stadionunda gerçəkləşəcək.

Qrupun digər iddialı komandası Polşa Slovakiyanı sınağa çəkəcək. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadiondakı qarşılaşmanın baş hakimi Rumıniyadan Ovidiu Hateqan olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.