MƏDƏNİYYƏT


Özbəkistanda Türk Şurası turizm nazirlərinin VI iclasında ölkəmiz də təmsil olunacaq

Daşkənd, 14 iyun, АZƏRTAC

İyunun 23-24-də Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində Türk Şurası turizm nazirlərinin VI iclası keçiriləcək.

AZƏRTAC Özbəkistan Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın mədəniyyət və idman naziri Aktoti Raimkulova, Qırğızıstan Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov və Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edəcəklər.

Tədbirdə pandemiyadan sonra bu ölkələrdə turizm sahəsinin bərpa olunması, “Ziyarət turizmi” layihəsinin fəaliyyətə başlaması, üzv ölkələrin böyük şəhərləri arasında beynəlxalq aviasiya reyslərinin bərpası və bu istiqamətdə digər məsələlər müzakirə ediləcək.

İclas çərçivəsində xarici qonaqlar Fərqanə vilayətinin turizm sahələri, “Ziyarət turizmi”nin imkanları, ekoturizm, vilayətin qastronomik potensialı ilə də tanış olacaqlar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.