REGİONLAR


Müstəqil Azərbaycan Heydər Əliyev siyasəti sayəsində dünyada söz və nüfuz sahibinə çevrilib

İmişli, 14 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında pandemiya qaydalarına əməl edilməklə, 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra tədbir YAP İmişli rayon təşkilatında davam etdirilib. İclasda çıxış edən Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanı anarxiya və xaosdan xilas edib. Heydər Əliyev xalqı üçün daim əvəzsiz xidmətlər göstərib.

Daha sonra idarə heyətinin üzvləri çıxış edərək 1990-cı illərdə baş verən proseslərdən, Azərbaycanın üzləşdiyi təhlükələrdən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan işıqlı gələcəyə doğru yol aldı. Bildirilib ki, müstəqil Azərbaycan Heydər Əliyev siyasəti sayəsində bu gün dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.