ELM VƏ TƏHSİL


Azərbaycan alimi Rusiya Təhsilin İnformasiyalaşdırılması Akademiyasının həqiqi üzvü seçilmişdir

Bakı, 20 iyul (AZƏRTAC). Azərbaycan alimi Hümeyir Əhmədov Rusiya Təhsilin İnformasiyalaşdırılması Akademiyasının həqiqi üzvü seçilmişdir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda məlumat vermişlər. Məlumatda qeyd edilir ki, Təhsil Problemləri İnstitutunun elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqoji elmlər doktoru H.Əhmədov bu Akademiyanın həqiqi üzvü (akademiki) seçilmiş ilk azərbaycanlıdır. Alim həm də Rusiya Təhsil Akademiyasının akademikidir. Bundan əlavə, H.Əhmədov Rusiya Təhsil və Elm Nazirliyinin K.D.Uşinski adına medalı ilə təltif edilmişdir.

Regionlararası elmi-ictimai təşkilat olan Təhsilin İnformasiyalaşdırılması Akademiyası Rusiyanın və digər ölkələrin universitet, elmi müəssisə, tədris müəssisələri və təhsil orqanlarının alim və mütəxəssislərini birləşdirir. Təhsilin İnformasiyalaşdırılması Akademiyasının fəaliyyətinin əsas məqsədləri Təhsilin İnformasiyalaşdırılması problemlərinin həllində elmi potensialdan səmərəli istifadə edilməsi üçün intellektual qüvvələri və maddi vəsaitləri birləşdirməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.