Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir Dövlət Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 14-də Mingəçevir Dövlət Universitetində (MDU) Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan xalqının taleyini dəyişmiş xilaskarlıq tarixi – 15 iyun” mövzusunda elmi konfrans keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransın açılışında iştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə və məzunlarını təbrik edib.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığını qeyd edən rektor məhz ümummilli lider Heydər Əliyevin möhtəşəm xilaskarlıq missiyası sayəsində dövlət müstəqilliyimizin gücləndirilməsindən, siyasi, ictimai və sosial sabitliyin təmin olunmasından, milli iqtisadiyyatın formalaşdırılmasından bəhs edib.

Ulu Öndərin layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hazırda yeni keyfiyyət mərhələsində davamlı və dinamik surətdə inkişaf etdiyini bildirən Ş.Bayramov hazırda uğurla reallaşdırılan dövlət siyasətinin istiqamətlərindən danışıb.

Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və müdrikliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfərə gedən yolu Qurtuluş Günü ilə əlaqələndirən rektor əzəli torpaqlarımızın düşmən işğalından azad olunması ilə Ümummilli Liderimizin ən vacib vəsiyyətinin layiqli şəkildə yerinə yetirildiyini və dahi şəxsiyyətin ruhunun şad olduğunu deyib.

Milli Qurtuluş Gününə həsr olunmuş konfransda MDU kollektivi ilə görüşməkdən məmnun olduğunu vurğulayan Milli Məclisin deputatı Aydın Mirzəzadə son dövrdə universitetdə müntəzəm olaraq tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinin bu ali təhsil ocağında formalaşmış vətənə, dövlətə və xalqa bağlılıq atmosferindən irəli gəldiyini bildirib.

Dövlətçiliyimizin xilası baxımından 15 iyun tarixinin Azərbaycan xalqı üçün həyati əhəmiyyətli və əlamətdar bir gün olduğunu qeyd edən A.Mirzəzadə sovet dönəmində və müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyevin milli maraqlarımıza xidmət edən uzaqgörən və qətiyyətli siyasətindən, yüksək əzmkarlıq və fədakarlığından söhbət açıb.

Müstəqilliyin ilk illərində Azərbaycanda xaos, özbaşınalıq, qarşıdurmanın hökm sürdüyünü və ölkəmizin siyasi uçurumun kənarında olduğunu bildirən deputat xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Ulu Öndərin müstəqilliyimizi əbədi və dönməz edən xilaskarlıq missiyasından, dövlətçiliyin əsaslarını yaradan və möhkəmləndirən, ölkəmizi dünyaya tanıdan, milli birliyimizi təmin edən və gücləndirən titanik siyasi fəaliyyətindən bəhs edib.

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini və onun parlaq siyasi kursunun layiqli şəkildə davam etdirildiyini qeyd edən A.Mirzəzadə hazırda ölkəmizin beynəlxalq arenada olan nüfuzunun əhəmiyyətli dərəcədə gücləndiyini bildirib.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun əməkdaşlarından dosent Namaz Manafov “Qurtuluşun dilimizdə, nitqimizdə və milli dəyərlərimizdə səslənən əks-sədası”, müəllim Mirzə Cavadov “Heydər Əliyev və qurtuluş məqamına aparan şanlı yol” və müəllim Vüsalə Mövlayeva “Möhtəşəm qələbələrimiz Heydər Əliyev dühasının təntənəsidir” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, xalqımızın milli mənəvi dəyərləri və adət-ənənələrinin, ana dili və ədəbi irsinin qorunması sahəsində əbədiyaşar lider Heydər Əliyevin tarixi və misilsiz xidmətləri haqqında ətraflı məlumat verilib, müasir dövrdə Azərbaycan tarixinin möhtəşəm qələbələrlə dolu şanlı səhifələrinin yazılmasından bəhs edilib.

Universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında təbliğ olunması diqqət mərkəzində saxlanılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Bakıda dünya çempionu olan koreyalı taekvondoçu Azərbaycan millisinin məşqinə qatılıb

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

® “Birbank Biznes”də yeni “Sürətli kredit” məhsulu istifadəyə verildi

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacağı gözlənilir

Kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb

Çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlandı

Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ

Yaşıl mələk kimi

NASA Ayda binalar tikməyi planlaşdırır

Yaponiyada Qara Qarayevin iki əsərindən ibarət kitab çap olunub

Beynəlxalq Astronavtika Konqresində növbəti plenar iclasda Çinin bu sahədə uğurlarından danışılıb

Basketbolçu Maykl Cordan ən varlı 400 amerikalının sırasında yer alıb

Güclü təsir edən maddələri satış məqsədilə qanunsuz hazırlayanlar məsuliyyətə cəlb olunacaqlar

Bilgəh qəsəbəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib

Daşaltıda nəşinin qalıqları tapılan Veysəl Qasımov torpağa tapşırılıb

İsrail silah ixrac edəcəyi ölkələrin siyahısını genişləndirib

Bu il 100 uşaq övladlığa verilib

İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir CANLI

Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək

ADA Universitetinin tələbələri kosmonavtlarla görüşüb

2002-2003-cü illərdə Türkiyənin xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakışdan

BDU-nun doktorantı Türkiyənin Qazi Universitetində tədqiqat aparıb

Dövlət Xidməti: Gəncəsər monastrı işğal dövründə erməni vandalizminə məruz qalıb

“Yaradıcı müəllim: fəndaxili və fənlərarası inteqrasiya” mövzusunda müsabiqəyə start verilib

Birinci Kanalın sabiq redaktoru 8,5 il müddətinə azadlıqdan məhrum olunub

Qütb maye udma zolaqlarının vizuallaşdırılmasının rəqəmsal modeli – tədqiqat

Azərbaycanın qeyri-neft ixracı 10,6 faiz artıb

“Araz-Naxçıvan”ın futbolçusu: Dövrəni major notlarla yekunlaşdırmaq istəyirik

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlanılır

Sumqayıtda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Gənclər Kitabxanasında Cəbrayıl Şəhəri Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin açılış mərasimi olub

“Məhv olmuş ömür. Narkotikə YOX de!” - AzMİU-da film təqdimatı

XİN: Katrin Kolonnanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Ukrayna Aİ-yə üzv olacağı təqdirdə 186 milyard avro alacaq

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bakı Bələdiyyə Teatrının təqdimatında “Məhv olmuş gündəliklər” tamaşasının premyerası olub

Oktyabrın 6-da Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

OPEC: 2045-ci ilədək bütün enerji növlərinə qlobal tələbat 25 faiz artacaq

IAF-ın icraçı direktoru: Azərbaycanın gələcəkdə də kosmonavtları olacaq – MÜSAHİBƏ

Azərbaycan və Çexiyanın tədqiqat institutları əməkdaşlıq edəcək

Azərbaycan və İran HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bu gün Ümumdünya Heyvanlar Günüdür

Elm və təhsil naziri Şirvanda vətəndaşlarla görüşəcək

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru ilk dəfə UEFA-dan təyinat alıb

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlanıb

“Səudiyyə Kosmik Agentliyi elm haqqında: eksperimentləri və təsirləri araşdırmaq” adlı plenar iclas keçirilib

“Sabah”ın basketbolçusu: Olduqca vacib qələbə qazandıq

Daxili işlər naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Gürcüstanda zəlzələ olub

“Horizon Avropa” həftəsi çərçivəsində ikigünlük düşərgə təşkil edilib

“Əl-Cəzirə”: Ermənilər Qarabağın şəhər və kəndlərini talan edib

FHN: Ötən sutka 8 nəfər xilas edilib, bir nəfərin meyiti aşkarlanıb

Nəsimi rayonunda məktəbin yaxınlığında narkotik vasitə satan şəxs saxlanılıb

İcma: Fransanın XİN başçısının son açıqlamaları rəsmi Parisin Ermənistanı revanşizmə sövq etdiyini göstərir

Dünya çempionatı: İlk gündə Azərbaycanın beş cüdoçusu mübarizə aparacaq

® “ADORE” şirkəti beynəlxalq TFWA parfümeriya sərgisində

Macarıstanda təhsil üçün “Stipendim Hungaricum in Azerbaijan” layihəsinə start verilib

Şabranda 100 kilometrdən artıq torpaq kanal betonla əvəzlənib

“İraq-Türkman folklor mühitinin çağdaş durumu” - Folklor İnstitutunda elmi seminar

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Müəllim ömrü - ADPU-da tədbir

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayır

Sumqayıtda mübahisə bıçaqlanma ilə nəticələnib

Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb

® Quba-Xaçmaz bölgəsindəki sahibkarlara yeni imkanlar təqdim olundu

Çempionlar Liqası: Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək

Dövlət Xidməti: Ermənistan erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına maneə olur

Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

ABŞ hökuməti kosmik tullantıları Yerin orbitinə atanlara qarşı sərt tədbirlər görür

NİİM: Yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq

Metodik işin səmərəli təşkilinə dair toplantılar yekunlaşıb

"Sabah" basketbol klubunun baş məşqçisi: Fasilədə verdiyimiz qərarlar özünü doğrultdu

DİM “Abituriyent” jurnalının xüsusi buraxılışını təqdim edib

AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib

“İnformasiya təhlükəsizliyi və məxfilik” - Milli təlim

® “Ritz-Carlton Bakı” və “JW Marriott Abşeron Bakı” otellərinə yeni baş icraçı təyin edildi

Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxsdən 6 kiloqrama yaxın marixuana götürülüb

“Mercedes” traktorla toqquşdu, iki nəfər öldü

Cəbrayıl rayonunun düşmən tapdağından xilas edilməsindən üç il ötür

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin iyulu

Kolumbiyanın “Semana” jurnalı antiterror tədbirlərindən yazdı: “Nəhayət ki, ədalət qalib gəldi”

Nigerin baş naziri Fransanı yeni hakimiyyətin nümayəndələrini öldürmək planlarında ittiham edib

Çexiya Prezidenti: Yeni geosiyasi çağırışlar Avropa İttifaqının genişlənməsinin yeni dinamikasını tələb edir

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncəni ilk dəfə raket atəşinə tutmasından üç il ötür

2024-cü il Olimpiadası ərəfəsində Parisdə otel qiymətləri 3,5 dəfədən çox artıb

ABŞ-da universitetdə atışma nəticəsində 4 nəfər yaralanıb, polis əraziyə cəlb olunub

Qara çay diabet riskini azaldır

Florensiyada “Airbnb” xidmətindən istifadə qadağan edilib

İsrailin Xarici İşlər Nazirliyi Kanadanı minlərlə nasisti gizlətdiyini etiraf etməyə çağırıb

Banqkokda ticarət mərkəzində baş verən atışmada iki nəfər ölüb

Azərbaycan MDB-nin XVII Delfi oyunlarında iştirak edəcək

İspaniya Kralı Baş nazir postuna Sosialist Partiyasının liderinin namizədliyini irəli sürüb

Güclü leysan Gürcüstanın qərb bölgəsində bir sıra ciddi problemlər yaradıb

Səkkiz ayda ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

Qırğızıstanda 71 nəfər qidadan zəhərlənib

Kosovonun şimalındakı silahlı toqquşmaya görə məsuliyyəti üzərinə götürən Milan Radoiçiç saxlanılıb

Çin “Change 8” missiyası çərçivəsində Aya beynəlxalq kosmik gəmilər göndərməyə hazırdır