SİYASƏT


Böyük Britaniyada yaşayan azərbaycanlılar BBC-nin qarşısında mitinq keçiriblər

London, 16 iyun, AZƏRTAC

Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonda yerləşən BBC (The British Broadcoasting Cooperation) telekanalının qarşısında mitinq keçiriblər.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Natavan Qrup"u və Britaniya Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil olunub.

Aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək olub.

Azərbaycanın dövlət bayraqları ilə aksiyaya qatılan soydaşlarımız jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər. Posterlərdə “Mina xəritələrini verin”, “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Ermənistan qanunlara əməl etmir”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir”, “Bizi minalardan xilas edin” şüarları əks olunub.

Aksiya iştirakçıları beynəlxalq təşkilatlara bəyanat ünvanlayaraq, dünya ictimaiyyətini, beynəlxalq medianı Ermənistanın təxribatçı hərəkətlərinə və azərbaycanlı jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmalarına biganə qalmamağa, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməyə çağırıb. Soydaşlarımız bəyanatı BBC-nin rəhbərliyinə də təqdim ediblər.

Aksiya zamanı yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.