ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində MBA üzrə yeni ixtisaslar yaradılıb

Bakı, 18 iyun, AZƏRTAC

2021-2022-ci tədris ili üçün Bakı Ali Neft Məktəbində (BANM) magistratura pilləsi üzrə maliyyə, menecment və layihələrin idarəedilməsi üzrə biznesin təşkili və idarəedilməsi ixtisaslarına da qəbul həyata keçiriləcək.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, hər bir ixtisas üzrə 25 nəfər qəbul planlaşdırılıb. Beləliklə, qeyd edilən tədris ilindən etibarən BANM-də 4 sahə üzrə MBA proqramında tədris aparılacaq.

- Biznesin təşkili və idarə edilməsi (ümumi təyinatlı)

- Biznesin təşkili və idarə edilməsi (maliyyə)

- Biznesin təşkili və idarə edilməsi (menecment)

- Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə olunması)

Qeyd olunan ixtisaslar üzrə təhsil haqqı 5 000 (beş min) manat məbləğindədir.

Bakı Ali Neft Məktəbində innovativ, yenilikləri dəstəkləyən və olduqca çevik MBA proqramı üzrə tədris həyata keçirilir. Ali məktəb tərəfindən hazırlanan proqram biznes mühitində tələb olunan müasir çağırışlar və trendlərə tam cavab verir.

Bu proqramda tələbələr menecmentin və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edirlər.

MBA proqramını tədris edən müəllimlər SOCAR və digər bu kimi iri transmilli şirkətlərdə çalışan rəhbər vəzifəli şəxsləridir.

Eyni zamanda, proqramı seçənlər ingilis dilində tədris olunan qlobal “Master of Business Adminstration” dərəcəsinə tam yiyələnirlər. Tədris proqramına strateji idarəetmə, marketinq, statistika, investisiya və digər fənlər daxildir.

Bakı Ali Neft Məktəbinin MBA proqramına müraciət edənlərin əksəriyyətinin müxtəlif sahələrdə çalışdıqlarını nəzərə alaraq, dərslər həftəiçi 3 gün olmaqla, axşam saatlarında təşkil edilir.

Kurikulum və dərs vəsaitləri dünyada tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin edilirlər.

BANM-in MBA proqramı həm də genişləndirilmiş iş imkanları vəd edir.

Bakı Ali Neft Məktəbinin MBA proqramına qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir.

Əlavə məlumat üçün:

Tel: (+99412) 5210000 (daxili nömrə: 33058)

Mob: (+99450) 8433058

E-poçt: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.