ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universiteti beynəlxalq konqresdə təmsil olunub

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasının əməkdaşları və doktorantları Türkiyənin AKEV Universitetinin ev sahibliyi etdiyi “3D Çapı (Əlavə İstehsal) Texnologiyalar və Rəqəmsal Sənaye” adlı V Beynəlxalq Konqresdə iştirak ediblər.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilən tədbirdə bu ali məktəbin doktorantları Səməd Hüseynov, Ələddin Bayramov, Ozal Feyzili, dissertant Elvira Bünyatova, magistrantlar Məhəmməd Yusifov və Orxan Əliyevin çıxışları dinlənilib. Onlar sertifikatla təltif olunublar.

Eyni zamanda, konqresin 7-ci seksiyasına rəhbərlik edən ADNSU-nun Cihaz mühəndisliyi kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirovaya tədbirdə fəal iştirakına görə sertifikat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.