REGİONLAR


Şəkili kümçülər bu günədək 29 tona yaxın yaş barama təhvil veriblər

Şəki, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunda istehsalçılardan yaş barama tədarükü davam edir. Kümçülər bu günədək qəbul məntəqəsinə 28,9 ton yaş barama təhvil veriblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il barama yetişdirmək üçün Şəki rayonunda 325 kümçüyə 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdu paylanılıb. Birinci Biləcik kəndindən Samir Xəlilov indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 328,7 kiloqram yaş barama təhvil verib. Şəki şəhərindən Hürü Məmmədova cari mövsümdə 226,2 kiloqram, Yusif Şükürlü isə 223 kiloqram yaş barama istehsal ediblər.

Xatırladaq ki, şəkili kümçülər keçən mövsüm 33 tondan çox yaş barama istehsal etmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.