İDMAN


Tokio Olimpiadasından sonra II Dünya Çimərlik Oyunlarına ev sahibliyi edəcək şəhər müəyyənləşəcək

Bakı, 18 iyun, AZƏRTAC

Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) Tokio Olimpiadası başa çatdıqdan sonra koronavirus pandemiyası səbəbindən 2023-cü ilə təxirə salınan II Dünya Çimərlik Oyunlarına ev sahibliyi etmək istəyən təşkilatçı ölkələrin müraciətlərinin qəbuluna başlayacaq.

AZƏRTAC ANOC-un rəsmi saytına istinadla xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (AOK) 50-ci Baş Assambleyası zamanı ANOC-un baş katibi Qünilla Lindberg bir neçə dövlətin yarışın keçirilməsində maraqlı olduqlarını bildirib.

Xatırladaq ki, ilk Dünya Çimərlik Oyunları 2019-cu ildə Dohada keçirilib. Azərbaycan yığması Dünya Çimərlik Oyunlarını 4 gümüş və 1 bürünc medalla bitirib. Təmsilçilərimizdən akvatlonda Kseniya Levskovskaya gümüş, Rostislav Pevtsov bürünc medal qazanıblar. Onlar qarışıq cütdə də ikinci olublar. Həmçinin Pənah İlyaslı (70 kq) və İbrahim Yusubov (80 kq) çimərlik güləşində fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.