REGİONLAR


Bərdə komandası atletika üzrə yay ölkə birinciliyində yüksək nəticələr əldə edib

Bərdə, 18 iyun, AZƏRTAC

Bərdə rayon Xanqaraqoyunlu kənd tam orta məktəbinin şagirdlərindən ibarət “Bərdə” komandası Bakı şəhərində keçirilən atletika üzrə yay ölkə birinciliyində yüksək nəticələr əldə edib.

Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, baş məşqçi Nizami İsayevin rəhbərlik etdiyi “Bərdə” komandasının üzvləri Bahar Mustafayeva 100 və 200 metr məsafəyə qaçışda birinci, Aksana Cəlilova 800 və 400 metr məsafəyə qaçışda birinci və ikinci, Çinarə Cəlilova 400 metr məsafəyə qaçışda üçüncü, Elgün Vəliyev 100 və 200 metr məsafəyə qaçışda birinci, Rasim Məmmədli 800 metr və 400 metr məsafəyə qaçışda birinci və ikinci yerləri tutublar. Qaliblər Gənclər və İdman Nazirliyinin müvafiq dərəcəli diplomları və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.