REGİONLAR


Beş ayda kənd təsərrüfatı məhsullarının istehsalı 2,9 faiz artıb

Bakı, 18 iyun, AZƏRTAC

Bu ilin beş ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 milyard 245,5 milyon manat təşkil edib ki, onun da 1 milyard 769,8 milyon manatı heyvandarlıq, 475,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 2,9 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,3 faiz, bitkiçilik məhsulları üzrə isə 5,2 faiz artım olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.