ELM VƏ TƏHSİL


BDU-nun Şərqşünaslıq fakültəsində “Erməni faşizminin və vandalizminin mürtəce mahiyyəti” mövzusunda elmi seminar

Bakı, 18 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Erməni faşizminin və vandalizminin mürtəce mahiyyəti” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Ərəb filologiyası fakültəsinin nəzdində fəaliyyət göstərən İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin müdiri, professor Əsədulla Qurbanov erməni faşistlərinin Qarabağın incisi Şuşada törətdikləri vəhşilikləri dini kontekstdə izah edib.

O, erməni vandalizminin İslam mədəniyyəti ilə yanaşı, xristian mədəniyyətinə, ermənilərin “İncil”in yandırılması ilə öz dəyərlərinə də zərər vurmaları faktını diqqətə çatdırıb. Ermənilərin dini abidələrimizə və dini dəyərlərimizə vurduğu ciddi zərərlərdən bəhs edib. Dini qaynaqlarda və milli-mənəvi dəyərlərimizdə şəhidlik anlayışını izah edib, Azərbaycan oğullarının tarixi torpaqlarımızı erməni vandalizmindən xilas etmək yolunda şəhidlik zirvəsinə yüksəlməsindən danışıb.

Sonda müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.