MƏDƏNİYYƏT


Türk şairinin kitabı Azərbaycan yazıçısının tərcüməsində

Bakı, 18 iyun, AZƏRTAC

Ankarada “Türkiyə Elm və Ədəbiyyat Əsəri Şairlərinin Məslək Birliyi”nin (İLESAM) sədri, şair Mehmet Nuri Parmaksızın ingilis və türk dillərində “Qaranlıqda bir işıq” adlanan (A Light in the Darkness) şeirlər toplusu çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabda toplanan şeir mətnlərini ingiliscəyə Azərbaycan yazıçısı Kamran Nəzirli çevirib. Kitab 1000 nüsxəylə “Efsun Yayınları” Nəşriyyat evində işıq üzü görüb. Kitaba türk şairi və filosofu Mehmet Nuri Parmaksızın son illərdə yazdığı şeirlər daxil edilib.

Qeyd edək ki, Mehmet Nuri Parmaksız həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və onun dəstəyi ilə Azərbaycan şair və yazıçılarının əsərləri Türkiyədə vaxtaşırı yayımlanır.

Mehmet Nuri Parmaksız Türkiyənin Qazi Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsini bitirib, şeir və esseləri qardaş ölkənin müxtəlif ədəbi jurnallarında çap olunub. Türk ədəbiyyatı və şeirinə xidmətlərə görə “Türk Şiirine ve Kültürüne Hizmet Ödülü”nə layıq görülüb. “Mektuplarıyla Cahit Sıtkı”, “Mogan Şiir Akşamları”, “Mogan Şiir Akşamları”, “Anne Konulu Şiirlerden Seçmeler” kitablarının müəllifidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.