REGİONLAR


Naxçıvanlı idmançı “WAKO PRO” kateqoriyalı beynəlxalq turnirin qalibi olub

Naxçıvan, 18 iyun, AZƏRTAC

Özbəkistanın Daşkənd şəhərində peşəkar kikboksinqçilər arasında keçirilən “Uzbekistan Open” beynəlxalq turnirində iştirak edən milli komandamızın və “Neftçi” İdman Klubunun üzvü, Naxçıvan idmançısı Ruslan Musayev qalib olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dünya Kikboksinq Assosiasiyası tərəfindən təşkil edilən yarışda yerli kikboksçu Azizbek Nematovla qarşılaşan təmsilçimiz görüşün taleyini ilk raundda həll edib. Güclü azarkeş dəstəyinə baxmayaraq özbək idmançı məğlubiyyətdən qaça bilməyib. Qarşılıqlı həmlələrlə başlayan döyüşün gedişində idmançımızın effektiv ayaq zərbəsi rəqibi nokaut vəziyyətinə salıb. Nəticədə Ruslan qalib elan olunub. Qələbə sayəsində təmsilçimiz beynəlxalq turnirin kubokuna layiq görülüb.

Qeyd edək ki, idmançımız dünya kubokunun sahibi, Avropa və dünya çempionatlarının mükafatçısıdır. Müxtəlif beynəlxalq turnirlərin, həmçinin 8 dəfə Azərbaycan çempionatının qalibi olub. Karyerasında 13 peşəkar döyüş keçirən Ruslan Musayev bu nəticə ilə 11-ci qələbəni aktivinə yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.