ELM VƏ TƏHSİL


Kinooperator ixtisasını seçənlər qabiliyyət imtahanı verməyəcəklər

Bakı, 18 iyun, AZƏRTAC

Kinooperator ixtisasına qəbul üçün qabiliyyət imtahanları keçirilməyəcək.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər müsabiqəyə qəbul (buraxılış) imtahanında topladıqları bal əsasında qatılacaqlar.

Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən cari ilin abituriyentləri qabiliyyət imtahanlarında iştirak etmək üçün iyunun 18-dən 29-dək qeydiyyatdan keçməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.