İDMAN


UEFA-nın baş katibi Teodor Teodoridis Bakı Olimpiya Stadionunda İsveçrə-Türkiyə oyununu izləyəcək

Bakı, 20 iyun, AZƏRTAC

UEFA-nın baş katibi Teodor Teodoridis “Avro-2020”nin A qrupu çərçivəsində keçiriləcək İsveçrə-Türkiyə-oyununu izləmək üçün Bakıya gəlib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3, daha sonra Uels yığmasına 0:2 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1. İsveçrə növbəti oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub.

Bakı Olimpiya Stadionu, həmçinin iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.