REGİONLAR


Qobustanda 80 min tona yaxın taxıl istehsalı gözlənilir

Qobustan, 23 iyun, AZƏRTAC

Qobustan rayonunda taxıl biçini davam edir və artıq 5405 hektar zəminin məhsulu yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 30 min 642 hektar sahədə taxıl yetişdirilib. Hazırda bu mühüm strateji məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilib. Hər gün zəmilərə 33 kombayn çıxarılır. Əksər ərazilərdə, o cümlədən Qobustan şəhər, Cəyirli, Təklə, Poladlı, Ərəbqədim kənd və digər bir sıra icra nümayəndəliklərində biçin daha mütəşəkkil təşkil olunub.

Zəmilərdən hələlik 13660 ton məhsul götürülüb. Mütəxəssislər cari mövsümdə rayonda 80 min tona yaxın taxıl istehsal ediləcəyini proqnozlaşdırırlar.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.