ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində yay imtahan sessiyası uğurla davam edir

Bakı, 23 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası uğurla davam edir. Sessiya iyulun 2-dək gün ərzində iki növbədə onlayn (məsafədən) davam edəcək.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, ötən gün 319 qrup üzrə 6900 tələbə imtahan verib. Magistratura səviyyəsində 110 ixtisaslaşmada 72 fənn üzrə 353 nəfər imtahan verib. BDU-nun Qazax filialında isə 344 tələbə imtahanlarda iştirak edib.

İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.

İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.