İDMAN


Yaponiyada “Tokio-2020” ilə əlaqəli şəxslər arasında koronavirusa yeddi yeni yoluxma qeydə alınıb

Tokio, 27 iyul, AZƏRTAC

Yaponiyada “Tokio-2020” ilə əlaqəli şəxslər arasında son sutkada koronavirusa yeddi yeni yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 27-də Oyunların təşkilat komitəsinin saytında yerləşdirilmiş hesabatda bildirilir.

Qeyd edilir ki, onlardan ikisi Atletlər kəndində yaşayan idmançıdır. Beləliklə “Tokio-2020” ilə əlaqəli şəxslər arasında ümumi yoluxma sayı 160 nəfərə çatıb.

JIJI PRESS agentliyinin məlumatına görə, virusa yoluxan idmançılar Niderland yığmasından olan tennisçilərdir.

Xatırladaq ki, Yaponiya paytaxtında epidemioloji vəziyyət ağır olduğuna görə Tokio prefekturasında iyulun 12-dən avqustun 22-dək fövqəladə vəziyyət rejimi elan edilib. Buna görə də Yaponiya paytaxtında və daha beş prefekturada Oyunlara tamaşaçılar buraxılmırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.