İDMAN


Daha bir cüdoçumuz “Tokio-2020”də mübarizəni dayandırıb

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycanın daha bir cüdoçusu Tokio Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın beşinci günündə 1/16 final mərhələsindən mübarizəyə qoşulan Murad Fətiyevin (81 kq) rəqibi Frederik Harris (Sierra-Leone) görüşə çıxmadığından cüdoçumuz qalib elan edilib. Səkkizdəbir finalda M.Fətiyev Monqolustan təmsilçisi Səid Mollayi ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibinə əlavə vaxtda vazari xalı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan “Tokio-2020”yə 9 cüdoçu ilə qatılıb. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) məğlub olaraq yarışla vidalaşıblar. Cüdoçularımızdan ən yaxşı nəticəni Rüstəm Orucov (73 kq) göstərib. O, beşinci yerdə qərarlaşıb.

Azərbaycan “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.