ELM VƏ TƏHSİL
Bu gün qəbul imtahanında iştirak edən 17 min 159 nəfər Azərbaycan bölməsinin məzunudur
Bakı, 27 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan saat 10:00-da başlanıb. Bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi – 19 min 184 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 17 min 159 nəfər Azərbaycan, 2025 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 12 min 540 nəfəri oğlan, 6644 nəfəri isə qızdır.