DÜNYA


ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Bakı, 31 iyul, AZƏRTAC

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 3 ədəd azalaraq 488 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 237 ədəd artıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd azalaraq 385 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 180 ədəd artım qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 1 ədəd azalaraq 103 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 34 ədəd artıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma – 244-ə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.