DÜNYA


Əfqanıstan hərbçiləri son 24 saatda “Taliban” hərəkatının 131 üzvünün öldürüldüyünü bildirib

Bakı, 31 iyul, AZƏRTAC

Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat mərkəzi son sutka ərzində hökumət qüvvələri ilə toqquşmalar zamanı “Taliban” hərəkatının 131 döyüşçüsünün öldürüldüyü, 62-nin yaralandığı, 5-nin isə həbs olunduğu barədə məlumat yayıb.

AZƏRTAC Əfqanıstan KİV-inə istinadla xəbər verir ki, döyüşlər zamanı, həmçinin çoxlu sayda silah və sursat məhv edilib. Sılahlı qüvvələrin xüsusi dəstələri ölkənin ayrı-ayrı yerlərində quraşdırılmış müxtəlif növ minaları zərərsizləşdiriblər. Son günlər taliblər ən çox cənubda - Qəndəhar və Hilmənd əyalətlərində itki veriblər.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqları hələlik heç bir irəliləyiş əldə olunmayıb. Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatlar tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə xarici ölkə qoşunlarının Əfqanıstan çıxarılması fonunda bütün cəbhəboyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.