İQTİSADİYYAT


“İçərişəhər” metro stansiyasının havalandırma sistemi yenidən qurulub

Bakı, 31 iyul, AZƏRTAC

Bakı metropolitenində ventilyasiya sisteminin səmərəliliyinin artırılması baxımından daha bir uğurlu addım “İçərişəhər” stansiyasında görülən tədbirdir.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, burada 2008-ci ildə qurulmuş, zaman keçdikcə yeniləşdirilməsinə ehtiyac yaranmış çiller-fankoyl sistemi yenidən qurulub. Onu da əlavə edək ki, “İçərişəhər”dən sonra ikinci belə sistem 2011-ci ildə “Koroğlu” stansiyasında quraşdırılıb.

Məlumdur ki, çiller soyudulan suyun fankoyla - havalandırma sisteminə ötürülməsi ilə atmosferdən daxil olan havanın temperaturunu dəyişir. Aparılmış araşdırma-müayinə tədbirlərindən sonra “İçərişəhər” stansiyasında çiller havalandırma sisteminin daha optimal variantının tətbiqinə nail olunub. Burada bir sıra praktiki məsələlər də yer alıb. Bu dəfə fankoylları əvəz edən havalandırma sistemi piramidanın kənarından alt hissəsinə keçirilib və piramidanın yuxarı hissəsində ikinci belə bir sistem quraşdırılıb. Daha bir havalandırma qurğusu eskalatorların maşın zalında, rele otaqlarında və digər xidməti sahələrdə istismar olunur. Eləcə də xüsusi kanallar soyudulmuş havanı vestibüldə bərabər paylayır.

Sistem avtomatik idarəetmə və mühafizə funksiyası ilə təmin edilib. Suyun hərarəti verilmiş həddən yuxarı qalxdıqda, çillerin kompressoru işə qoşulur və onu norma çərçivəsinə qaytarır.

Gələcəkdə çiller-fankoyl sistemləri və onların daha müasir nümunələri başqa stansiyalarda da tətbiq ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.