İDMAN


Futzal üzrə Yüksək Liqanın yeni mövsümündə 8 komanda mübarizə aparacaq

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Azərbaycan Futzal Federasiyasının iclası keçirilib. Toplantıda Yüksək Liqanın 2021-2022-ci il mövsümünə hazırlıq işləri müzakirə olunub.

AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, yeni mövsümdə 8 komandanın iştirak edəcəyi qərara alınıb. Onlardan 5-i ötən çempionatda da gücünü sınayıb. Daha 2 klub isə debütantdır və biri – “Alyans” Lənkəranı təmsil edir. Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplaması, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşması məqsədi ilə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib.

Beləliklə, Yüksək Liqanın 2021-2022-ci il mövsümündə “Araz-Naxçıvan”, “Neftçi”, EKOL, “Rekord”, “Alyans”, “Baku Fire”, “Xilə” və U-19 komandaları iştirak edəcəklər.

Qeyd edək ki, çempionat 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. İlk 4 pillədə yer alacaq komandalar (1-4, 2-3) qalibi müəyyənləşdirəcəklər. Yeni mövsümə sentyabrda start veriləcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.