DÜNYA


Yeni Zelandiyanın Kermadek arxipelaqı yaxınlığında silsilə zəlzələlər olub

Tokio, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Sakit okeanın cənubunda yerləşən Kermadek arxipelaqının yaxınlığında silsilə zəlzələlər baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, 5,4 və 5,6 bal gücündə bir neçə yeraltı təkan Yeni Zelandiyanın Şimal adasından 800 kilometr şimal-şərqdə yerləşən Raul adasının şərqində qeydə alınıb. Yeraltı təkanların ocağı isə 26 kilometr dərinlikdə yerləşib. Sunami barədə təhlükə xəbərdarlığı elan olunmayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.