REGİONLAR


Qobustanda 81 min ton taxıl istehsal olunub

Qobustan, 2 avqust, AZƏRTAC

Qobustanda taxıl biçini kampaniyası başa çatıb, zəmilərdən 81 min ton məhsul götürülüb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Qobustanda 30 min 645 hektarda taxıl yetişdirilmişdi. Son günlər havalar əlverişsiz keçsə də, taxılçılar biçini itkisiz başa çatdırıblar. Biçində 80-dən çox kombaynın gücündən istifadə edilib. İstehsal olunan məhsul ötənilki göstəricidən 10 min ton çox olub. Hər hektarda orta məhsuldarlıq 2 sentner artıb və 26,6 sentnerə çatıb. Rayonun bir sıra təsərrüfatlarında, xüsusilə Xilmilli, Sündü, Dərəkənd, Təklə, Cəyirli və sair ərazi nümayəndəliklərində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar.

Hazırda hər yerdə gələcək yüksək məhsuldarlıq üçün mühüm aqrotexniki tədbirlərdən olan yay şumu çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.