İDMAN


Cüdo üzrə Azərbaycan milli komandasının məşqçi heyəti istefaya göndərilib

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında (ACF) vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi ilə iclas keçirilib.

AZƏRTAC ACF-yə istinadla xəbər verir ki, iclasda federasiyanın baş katibi Elmar Babanlı, daimi fəaliyyət komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət milli komandaların aparıcı cüdoçuları iştirak ediblər.

İclasda kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı ilə əlaqədar millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla onun bütün köməkçiləri vəzifələrindən uzaqlaşdırılıb.

Həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının onların son bir ildə nüfuzlu beynəlxalq yarışlardakı nəticələrinə uyğun qaydada ödəniləcəyi barədə qərar qəbul olunub. Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılova tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.