SİYASƏT


YAP Abşeron rayon təşkilatının XI hesabat konfransı keçirilib

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatında videoformatda XI hesabat konfransı keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda gündəlik təsdiq edildikdən sonra YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev hesabat məruzəsi ilə çıxış edib.

Məruzədə bildirilib ki, hesabat dövründə YAP Abşeron rayon təşkilatı təsdiq edilmiş tədbirlər və iş planlarına uyğun olaraq fəaliyyət göstərib. Əsas diqqət rayonda təşkilatlanma işlərinin genişlənməsinə, ideoloji-təbliğat istiqamətində fəaliyyətin güclənməsinə yönəlib. B.Vəliyev qeyd edib ki, partiya sıralarına qəbulun keyfiyyətinin yaxşılaşdırılması, ərazi ilk partiya təşkilatlarının işinin təkmilləşdirilməsi və gənclərin partiya sıralarına gəlməsi hər zaman diqqət mərkəzindədir.

Vurğulanıb ki, YAP Abşeron rayon təşkilatının üzvlərinin sayı 9156 nəfərdir. Onların 5669 nəfəri qadın, 2700 nəfəri isə gənclərdən ibarətdir. 2021-ci ilin 6 ayında təşkilat sıralarına 126 nəfər qəbul edilib.

Sonra YAP Abşeron rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun üzvü Elgün İsgəndərovun məruzəsi dinlənilib.

Müzakirələr zamanı YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvü, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvü, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvləri Təyyubə Hüseynova və Könül İbrahimova, YAP Abşeron rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Ləman Şərifova çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən Partiyanın Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Yeni Azərbaycan Partiyasının yarandığı vaxtdan ölkəmizin həyatında önəmli rol oynadığını bildirib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ölkənin siyasi palitrasında milli maraqları təmsil edən avanqard siyasi qüvvə olaraq hər zaman xalqımızın ali mənafeyinin ifadəçisi kimi çıxış edir.

YAP-ın VII Qurultayında mühüm qərarların qəbul olunduğunu qeyd edən Ə.Tağıyev, partiyanın sədri Prezident İlham Əliyevin proqram xarakterli çıxış etdiyini vurğulayıb. Eyni zamanda, yeni qəbul olunmuş partiya Nizamnaməsinə əsasən yerli təşkilatların üzərinə düşən vəzifələri diqqətə çatdırıb, YAP Abşeron rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, konfransda YAP Abşeron rayon təşkilatının fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.