İDMAN


“Yeni HƏYAT” şirkəti London Yay Olimpiya Oyunlarında uğurla çıxış etmiş güləşçilərimizə avtomobil hədiyyə etmişdir

Bakı, 28 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Babək Babayevin rəhbərlik etdiyi “Yeni HƏYAT” şirkəti tərəfindən Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında iştirak edən güləşçilərimizə avtomobil hədiyyə ediləcəyi açıqlanmışdı.

AGF-dən AZƏRTAC-a bildirmişlər ki, artıq avtomobillər öz sahiblərinə təqdim olunmuşdur. Belə ki, Olimpiya Oyunlarında qızıl medal qazanan Toğrul Əsgərov və Şərif Şərifova “Porsche Cayenne”, Olimpiadanın gümüş medalını qazanan Rövşən Bayramov və Mariya Stadnikə “AUDI A5” avtomobili hədiyyə edilmişdir.

Həmçinin, “Yeni HƏYAT” tərəfindən Olimpiya çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalova “SEAT” avtomobili təqdim olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.