Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İtalyan jurnalist Gəncədə şahidi olduğu erməni vəhşiliklərindən yazıb

İtalyan jurnalist Gəncədə şahidi olduğu erməni vəhşiliklərindən yazıb

Roma, 20 avqust, AZƏRTAC

İtaliyanın nüfuzlu “İl Giornale/Inside Over” qəzetinin müxbiri Emanuel Pietrobonun ölkəmizə baş tutan səfəri ilə bağlı həmin qəzetdə silsilə yazıları dərc olunmağa başlayıb.

AZƏRTAC xəbər verir ki, jurnalist ilk yazısını Vətən müharibəsi günlərində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raketlərlə atəşə tutması və onun nəticələri mövzusuna həsr edib.

“Gəncə qırğını, unutmaq olmaz” sərlövhəli məqaləsində jurnalist ötən il sentyabrın sonu noyabrın əvvəllərində Qafqazın yüksəkliklərində tarixin yazıldığını, son nəfərə kimi vuruşmaqla, bütün müttəfiqlərini səfərbər etməklə və əllərində olan hər silahdan istifadə etməklə, Bakı və İrəvanın Cənubi Qafqazda postsovet dövrünün sonunu sürətləndirdiyini və yeni, Sovet dövründən ötən bir dövrün əsasını qoyduğunu bildirir.

“Beynəlxalq münasibətləri izləyənlər bu paradiqmanın dəyişməsinin təsirlərini və nəticələrini tam olaraq yalnız qısa və uzunmüddətli perspektivdə anlaya biləcəklər, lakin bir şey artıq indidən, daha doğrusu, ötən ilin noyabrından bəri aydındır: İkinci Qarabağ müharibəsi Ermənistan istisna edilməklə, başda Azərbaycan və Türkiyə olmaqla bütün oyunçuların əllərindəki imkanları artırmaqla Cənubi Qafqazdakı proseslərə təkan verdi”, - deyə jurnalist qeyd edir.

E.Pietrobon bildirir ki, münaqişədəki Qələbə Bakıya fayda və üstünlüklər gətirib və gətirməkdə davam edir, lakin müharibə travmalarsız ötüşməyib. “Qeyd edilən itkilərlə, həmçinin bombardmanların gurultusu və döyüş görüntüləri ilə əlaqədar travmalar, Azərbaycanda Gəncənin bombalanması kimi gözlənilməz və qanunsuz hücumların izi kimi yadda qalan travmalar”, - deyə jurnalist vurğulayır.

Üç yüz mindən çox əhalisi olan Gəncənin ölkənin ən xarakterik və mənzərəli yerlərindən biri olduğunu deyən jurnalist paytaxt Bakıda olduğu kimi, böyük şəhər olan Gəncənin düşüncədə dünyəviliyi, memarlıqda türkçülüyü və tarixdə qloballığı ilə Azərbaycan xalqının multikulturalizminin mükəmməl aynası və Qafqazın incisi olduğunu bildirir.

“Gəncə hərbi əməliyyatların əhatə olunduğu və Qafqazın açıq damarı olan qanlı Qarabağ torpaqlarında yerləşmir, ancaq bu fakt Gəncəni ötən il Azərbaycan və Ermənistanın apardığı 44 günlük müharibə zamanı qoruya bilmədi. Əksinə, Gəncə oktyabr ayında, toqquşmaların qızğın vaxtında ermənilər tərəfindən gözlənilmədən hədəf alındı və hələ də həmin günlərin travmasını özündə daşıyır”, - deyə E.Pietrobon qeyd edir.

İrəvanın müharibə psixologiyasından istifadə edərək qorxu yaratmaqla şəhərdən əhalinin çıxarılmasına nail olmaq istədiyini vurğulayan jurnalist bildirir: “Bəlli olan faktlar var: 4, 8, 10 və 17 oktyabr. Şəhərin Ermənistan işğalçı qüvvələrinin mövqelərindən atılan “Scud” tipli ballistik raketlərlə 4 gecə qəfil bombalanması heç də təsadüfi deyildir. 32 ölü və 125 yaralı ilə nəticələnən, ailələri məhv edən, bir neçə uşaq da daxil olmaqla günahsız dinc sakinlərin həyatını əlindən alan gecələr”.

Jurnalist qeyd edir ki, Bakı əsl müharibə cinayəti olan Gəncəyə hücumların qisası olaraq Füzulinin azad olunmasını sürətləndirdi, münaqişə ocağından kənarda yerləşən və xüsusilə də mülki şəxslərə aid olmasına görə ictimaiyyətin daha güclü birliyi və dəstəyinə səbəb olan bu məsələ Ermənistanın hərbi qüvvələrinin məğlub etdirilməsinə gətirib çıxardı.

“Bu gün, müharibənin bitməsindən 9 ay sonra, azərbaycanlılar və turistlər qələbəni sözün həqiqi mənasında gözləri ilə görüb, ona əlləri ilə toxuna bilərlər, çünki şəhərlərdən kəndlərə, binaların divarlarından su şüşələrinə qədər üstündə gecə-gündüz görünən bir yazı var: “Qarabağ Azərbaycandır!” Hər yaş qrupunu və sosial təbəqəni əhatə edən, görünməmiş bir vətənpərvərlik hərəkatına səbəb olan, lakin bəzi yerlərdə, məsələn, Ermənistanın atəşinə məruz qalmış Gəncə məhəllələrində fərqli şəkildə yaşanan bir qələbə”, - deyə jurnalist fikirlərinə davam edir.

“Çünki Gəncədə cəbhədən fərqli olaraq qurbanlar mülki şəxslər idi. Burada bütün ailə üzvləri ölən ailələr var, məsələn Şahnəzərli ailəsi kimi – ailə üzvlərinin sayı dörd nəfərdən birə - üç yaşlı bir qıza endirilmiş ailə. Burada 10 aylıq olan Narin Əsgərova kimi yeni doğulmuş körpələrin cəsədini tapdılar. Burada Nurəddin Ağayevdən (77 yaş) Nigar Əsgərovaya (17 oktyabr gecəsi həyatını itirdi, ertəsi gün 15 yaşı tamam olacaqdı) qədər hər yaşda insan qətlə yetirildi və yaşayış binalarından oyun meydançalarına qədər heç bir şey ballistik raketlərin və həmin bombaları atanların ölümcül amorallığından xilas olmadı”, - deyə E.Pietrobon ölkəmizə səfəri ilə bağlı xatirələrini bölüşür.

Jurnalist hazırda Gəncədə Qələbənin havada olduğunu, amma əhval-ruhiyyənin fərqli olduğunu və Qarabağın azad olunmasının mötədilliklə qeyd edildiyini bildirir. “Çünki burada baxmağa, dayanıb düşünməyə məcbur edən dağıntılar var. Burada, hər yerdən daha çox, yas tutmaq üçün məsum ölülər var”, - deyə jurnalist vurğulayır.

O qeyd edir ki, Ermənistan ordusu bəlkə də Gəncədə törətdikləri ilə Füzulinin azad edilməsinin təsirini aradan qaldırmaq ümidi ilə psixoloji savaşın qorxunc potensialına həqiqətən inanırdı. Bəlkə də hərbi yolla Azərbaycan xalqını mənəvi şəkildə ruhdan salmaq istəyi ilə vaxt qazanmaq istəyirdi, bəlkə də daha sadə desək, qorxu toxumları səpmək istəyirdi. “Başqa bir yolu da istisna etmək olmaz: münaqişənin Ermənistan ərazisinə qədər uzanacağını gözləmək. Çünki Azərbaycanın Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə təcavüzü Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) aktivləşdirmək istəyini doğrultmuş olardı. Kremlin rədd edə biləcəyi bir istək, lakin buna baxmayaraq, şübhəsiz ki, müharibənin qarşısını ala biləcək bir rol oynaya bilərdi”, - deyə E.Pietrobon bildirir.

Fikirlərinə davam edən jurnalist deyir: “O günləri yenidən nəzərdən keçirdikdə görünür ki, Paşinyan Gəncənin əhalisini boşaltmaq arzusundan daha çox, münaqişənin axarını dəyişmək üçün asimmetrik bir qisas alacağına əmin idi. Riskli bir hesablama, Gəncəyə raket hücumu Ermənistan üçün beynəlxalq humanitar hüququ pozduğuna görə ittihamlar yağışına, sonra isə məğlubiyyətə uğramasına səbəb oldu. Çünki Bakı, müharibənin uzanması ilə əlaqəli riskləri, siyasi cəhətdən - KTMT-nin müdaxiləsi, iqtisadi cəhətdən davamlılığın təmini və hərbi cəhətdən daha geniş və müdafiə olunan bir döyüş sahəsindəki dronların effektivliyi kimi riskləri yaxşı bildiyi üçün, bu ağır travmanı stimullaşdırıcı bir hadisəyə çevirə bilərdi”.

Jurnalist məqaləsini bu fikirlərlə tamamlayır: “Bu gün, o qanlı oktyabrdan 10 ay sonra Gəncə normal həyatına qayıdır. “Scud”ların zərbəsindən xarabalığa çevrilmiş binalar yeni binalarla əvəz olunmasını gözləyir. Hətta qurbanların fotoşəkilləri də orada qalmaqda davam edir və gələcəkdə də onları xatırlamaq, anmaq üçün orada qalacaqlar”.

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://it.insideover.com/guerra/ganja-per-non-dimenticare.html

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib