SİYASƏT


Niderlandın Leiden Universitetinin tələbələrinə Ermənistanın işğalçılıq siyasəti haqqında məlumat verilib

Haaqa, 28 avqust, AZƏRTAC

Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov bu ölkənin Leiden Universitetinin tələbələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan səfirliyinin binasında keçirilən görüşdə yerli və əcnəbi tələbələr iştirak ediblər. Görüş Leiden Universitetinin əcnəbi tələbələr üçün təşkil edilmiş adaptasiya proqramı çərçivəsində təşkil olunub.

Səfir F.Axundov tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, eləcə də Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti haqqında məlumat verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etməsindən, Niderlandın bəzi KİV-ində ölkəmizə qarşı qərəzli və feyk məlumatların yazılmasından söz açılıb.

Həmçinin görüşdə Azərbaycan-Niderland münasibətlərinə toxunulub. Tələbələrə ölkəmizlə bağlı videomateriallar nümayiş olunub. Diplomatiya, səfirliyin fəaliyyəti, Azərbaycan-Niderland münasibətlərində prioritetlərdən danışılıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.