İQTİSADİYYAT


186 həmyerlimiz çarter reysi ilə Dubaydan vətənə dönüb 

Bakı, 8 iyul, AZƏRTAC 

İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırıb.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar.

AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.