İDMAN


Klublararası Avropa kuboku: “Vüqar Həşimov” komandası yarışa qələbə ilə başlayıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının birinci turu keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu yarışa qələbə ilə başlayıb. Belə ki, komandamız birinci turda İrlandiyanın “Gonzaga” yığmasını 4,5:1,5 hesabı ilə məğlub edib. Yığmanın aktivinə qələbəni Aydın Süleymanlı, Murad İbrahimli, Ülvi Sadıqov yazdırıb. Kiril Şevçenko, Vüqar Əsədli, Əhməd Əhmədzadə isə heç-heçə ediblər.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.