CƏMİYYƏT


Həkim-infeksionist: Koronavirus əleyhinə vaksin olunanlar qripə qarşı da peyvənd vurdura bilərlər

Bakı, 21 sentyabr, AZƏRTAC

Məlum olduğu kimi payız mövsümü respirator xəstəliklərin aktivləşdiyi dövrdür. Mövsüm başlanana qədər nə qədər çox vətəndaş yeni növ koronavirus (COVID-19) əleyhinə peyvənd olunarsa, o zaman mövsümi infeksiyaları daha yüngül keçirmək ehtimalı artır. Çünki COVID-lə digər respirator xəstəliklərin birgə keçirilməsi ağırlaşma və fəsada səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev söyləyib.

Həkim-infeksionist bildirib ki, hər il olduğu kimi bu il də qrip əleyhinə vaksinasiya aparılacaq: “Koronavirus əleyhinə vaksin olunanlar qripə qarşı da peyvənd vurdura bilərlər. Xüsusilə oktyabr-dekabr aylarında qripə qarşı peyvənd vurdurmaq məsləhətdir. Bu zaman insan orqanizmində qripə qarşı bir dayanıqlıq yaranır. Bu da orqanizmin qorunmasına xidmət edir. Əgər hərarət, hansısa xəstəliyin kəskinləşmə dövrü varsa, bu zaman vəziyyət stabilləşənə qədər peyvənd vurdurmaq tövsiyə olunmur”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.