İDMAN


"Hou Yifan Challenge": Günay Məmmədzadə növbəti turlarda mübarizə aparacaq

Bakı, 21 sentyabr, AZƏRTAC

Bu gün şahmat üzrə "Hou Yifan Challenge" adlı turnirində növbəti dörd turun oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Yudit Polqarın komandasında yer alan Azərbaycanın qadınlardan ibarət milli komandasının lideri Günay Məmmədzadə günün birinci qarşılaşmasında – 14-cü turda Yahli Sokolovski (İsrail), növbəti turda Tingjie Lei (Çin), son iki turda isə Avonder Liang (ABŞ) və Volodar Murzin (Rusiya) ilə mübarizə aparacaq. Qeyd edək ki, 13 turun nəticəsinə görə, aktivində 3,5 xal olan G.Məmmədzadə 16-cı pillədə yer alır.

Turnirdə iki - Yudit Polqar və Vladimir Kramnikin komandalarının heyətində ümumilikdə 17 şahmatçı mübarizə aparır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.