İDMAN


Avropa kuboku yarışı: “Vüqar Həşimov” komandası İspaniya kollektivi ilə qarşılaşacaq

Bakı, 21 sentyabr, AZƏRTAC

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də turnirin 4-cü turunun oyunları keçiriləcək. Bu turda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu İspaniyanın “Silla” komandası ilə qarşılaşacaq. Qeyd edək ki, şahmatçımız Nicat Abasov rəqib komandanın heyətində yer alıb. “Silla” hazırda 6 xalla turnir cədvəlinin liderləri sırasında qərarlaşıb. Komandamızın aktivində isə 4 xal var.

Azərbaycanın digər qrossmeysteri Şəhriyar Məmmədyarov Makedoniyanın “Alkaloid” komandasının heyətində mübarizə aparır. Onun komandası isə 4-cü turda Sloveniyanın “Maribor Poligram” yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.