İQTİSADİYYAT


Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,1 faiz artıb

Bakı, 21 sentyabr, AZƏRTAC

2021-ci ilin yanvar-avqust aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 494,5 milyon manat təşkil edib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq, proqnoz 232,1 milyon manat artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 1 milyard 583 milyon manat təşkil edib, proqnoz 113,3 faiz icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.