REGİONLAR


“Azərtütün ASK” MMC-nin emal məntəqələri indiyədək istehsalçılardan 1533 tonadək yaş tütün qəbul edib

Zaqatala, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında “Azərtütün ASK” MMC-yə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi davam edir. Bu günədək cəmiyyətin Zaqatala və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə bölgənin fermerlərindən 1533 tonadək yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən şimal-qərb bölgəsinin 4 rayonunda 875,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə əlaqədar həmin rayonlarda 130 fermerlə müqavilə bağlanılıb. Hazırda Zaqatala və Şəkidəki emal məntəqələrində 77 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Bu günədək emal məntəqələri Zaqatala rayonu üzrə istehsalçılardan 442 ton 300 kiloqram, Qax rayonu üzrə 433 ton, Şəki rayonu üzrə 402 ton 600 kiloqram, Balakən rayonu üzrə isə 255 ton yaşıl tütün kütləsi qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.