DÜNYA


Nobel mükafatı laureatı Əziz Səncərə İpək Yolu Beynəlxalq Universitetinin fəxri doktoru adı verilib

Daşkənd, 21 sentyabr, АZƏRTAC

Türk alimi, Nobel mükafatı laureatı Əziz Səncər Özbəkistana səfəri çərçivəsində Səmərqənddəki İpək Yolu Beynəlxalq Turizm Universitetinin professor, müəllim və tələbələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri, bu ali məktəbin rektoru Aziz Abduhakimov böyük alimi salamlayıb, onun universitetə gəlməsindən məmnun olduğunu bildirib, alimin xidmətlərindən danışıb.

Baş nazirin müavini deyib ki, universitetin Elmi şurasının qərarı ilə Əziz Səncərə fəxri doktor adı verilib. Sonra o, fəxri doktor vəsiqəsini və bu ali məktəbin mantiyasını alimə təqdim edib.

Daha sonra alim müəllim və tələbələrin çoxsaylı suallarına cavab verib.

Əziz Səncərin Özbəkistanda bir sıra digər görüşləri də nəzərdə tutulub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.