ELM VƏ TƏHSİL


Tərbiyəçi-müəllimlər məktəbəqədər təhsillə bağlı nəzəri və praktik biliklərə yiyələniblər

Bakı, 21 sentyabr, AZƏRTAC

Təhsil İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs”un ilk mərhələsinə yekun vurulub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, sentyabrın 9-dan etibarən başlanan pedaqoji kursda 6 həftə ərzində 21 müəllim ADPU-nun filiallarında (Bakı, Quba, Cəlilabad, Ağcabədi, Şəki və Şamaxı) 341 tərbiyəçi-müəllimlə məktəbəqədər təhsillə bağlı nəzəri və praktik bilikləri paylaşıblar.

Qeyd edək ki, pedaqoji kursun məqsədi regionlarda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi üzrə fəaliyyət göstərən tərbiyəçi-müəllimləri məktəbəqədər yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək, onların bilik və bacarıqlarını artırmaqdır. Həmçinin pedaqoji kurs ADPU-nun Məktəbəqədər təhsil fakültəsini daha müasir, yeni yanaşmaları əhatə edən zəngin materiallarla təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.