CƏMİYYƏT


Nazir müavini: Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarında 30 il ərzində 100 min hektardan artıq ərazidə məqsədli yanğınlar törədib

Bakı, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycanın Ermənistanın tərəfindən işğal edilmiş torpaqlarında 30 ilə yaxın müddətdə 100 min hektardan artıq ərazidə məqsədli şəkildə yanğınlar törədilib. Bu yanğınlar nəticəsində torpağın məhsuldar üst münbit qatı məhv olub, fauna və flora növləri ciddi mənfi təsirlərə məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ADA Universitetində Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Nazir müavini qeyd edib ki, işğal altında olan ərazilərdə məqsədli şəkildə törədilən meşə yanğınları nəticəsində vurulmuş genişmiqyaslı ekoloji zərərlə əlaqədar 2006-cı ildə BMT tərəfindən müvafiq qətnamə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.